AZ

İmişlidə 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə "İki sahil"ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 18-də İmişli rayon sakini, 1965-ci il təvəllüdlü Rasim Şükürovun rayonun Oruclu kəndindən keçən transformatorun üzərindəki 10 kv-luq elektrik xəttini kəsərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
10
11
ikisahil.az

10Mənbələr