Son üç ildə Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən tələbə və məzunların inkişafına yönəlmiş genişmiqyaslı ödənişsiz təlimlər həyata keçirilib.
Fins.az xəbər verir ki, bu barədə Fondun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov media brifinqində məlumat verib.
O bildirib ki, məzunların işlə təmin olunmasına dəstək məqsədilə dövlət və özəl qurumlarla sıx əməkdaşlıq qurulub və 30-dan çox müəssisə ilə Anlaşma Memorandumları imzalanıb.
B.Əzimovun sözlərinə görə, bu fəaliyyətlər çərçivəsində:
- 1000-dən çox tələbə təlimlərə cəlb edilib,
- 600-dən çox tələbə və məzun isə müxtəlif təcrübə proqramlarından yararlanıb.
Bu təşəbbüslər, tələbə və məzunların praktiki biliklərə yiyələnməsi və gələcəkdə əmək bazarında daha yaxşı şanslara sahib olmalarını təmin etmək məqsədini daşıyır.
Fuad Mədətov
Fins.az