AZ

Müəlllimlərə şad xəbər - Güzəştlər ediləcək

Müəllimlərə müəyyən güzəştlər təqdim edəcək “təhsil kartları” gələn ilin ilk rübündə ölkəyə gətiriləcək.

Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib.

Qurum rəhbərinin sözlərinə görə, təhsil kartlarının istifadəsinə 2025-ci ilin ilk yarısından gec olmayaraq başlanılacaq:

“Təhsil kartlarının hazırlanması və ölkəyə gətirilməsi vaxt aparır. 2025-ci ilin birinci rübündə bu məsələ reallaşacaq”, - Elnur Nəsibov qeyd edib.

Seçilən
27
show.az

1Mənbələr