UEFA Konfrans Liqasında Liqa fazasına yekun vurulub.
"Operativ Media" xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökcünün formasını heyindiyi HİK (Finlandiya) səfərdə "Betis"in qonağı olub. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Ozan Can da bu görüşün iştirakçısı olub. 26 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb. O, 64-cü dəqiqədə əvəzlənib.
4 xal toplayan HİK Liqa mərhələsini 30-cu pillədə tamamlayıb. Helsinki təmsilçisi növbəti raunda yüksələ bilməyib.