"Azərbaycan gələcəkdə ilk növbədə bu cür hərəkətlərin Ermənistan tərəfi üçün fəlakətli olacağını deməyə davam edəcək ki, bu da çox vacib mesajdır. Çünki dövlətimiz müharibədən tək qalib yox, həm də güclü çıxıb. Azərbaycanın tutduğu yol Cənubi Qafqazda sülh və sabitliyə aparan yoldur”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Əli Məsimli bildirib.
Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin Rusiyanın dövlət televiziyasına müsahibəsində diqqətçəkən məqamlar sırasında sülh müqaviləsi və revanşistlərin atdığı addımlarla bağlı məsələ xüsusilə diqqət çəkir.
“Ermənistan Azərbaycanla sürətlə silahlanma yarışına nəinki tab gətirməyəcək, əksinə, bu prosesin aqibəti Bakı şəhərində yerləşən Hərbi Qənimətlər parkının eksponat və coğrafiyasının genişlənməsindən o tərəfə keçməyəcək”.