AZ

Sahibə YUSİFİN ŞEİRLƏRİ

Ən  yaxşı  hakim  vicdandir

 

Ən  yaxşı  hakimdir  qana  bilənə

Özünün  içindən boylanan  səsi.

Düşünə  bilənə, duya  bilənə,

Ən  ağır  ləkədi  vicdan  ləkəsi.

 

Tükənmiş  birini  anlamaq  üçün,

Onun  özü  kimi  yanasa  gərək.

Kim  bilir  bəlkədə  qəhramalıqdır,

Onun  həyatını  yaşaya  bilmək.

 

Əlbəttəçoxxoşbəxolardıinsan,

Tutsamövqeyini,tapsayerini.

Özünügöylərədartıb, çəkənlər,

Anlayardayazı,bilməzdərini.

 

Mən  də  az  görmədim, az  rast  gəlmədim,

Toplumun  əlində  yox  olanlara.

İnanın?Tanrının  mükafatı   var,

Gözüdə, könlüdə  tox   olanlara.

 

***

 

Tanrı fərmanını  heçə  sayanlar,

Tanrı  öz  hökmün  də  yanıla  bilməz.

Taleyin  yazısın  yazan  ələmin

Qüdrəti  tükənib,danıla  bilməz.

 

Niyə  kimliyini  danırsan,insan,

Təkəbbür de niyə  içinə  dolur?

Nə yerə, nə göyə sığırsan, insan,

Torpaqdan  yaranan  Allahmı  olur?

 

Aldığın  nəfəsin  qiymətini   bil,

Hər  nəfəs  saçının  sanı  qədərdir.

Qismətin açarı onun əlində,

Artıq arzu etsən bil ki,hədərdir.

 

Səmanın  altında, torpağın  üstə

Yaşamaq  özüdə   böyük   hikmətdir.

Dünyanın  hecliyin  duyub,anlasan,

Görərsən  axirət   əbədiyyətdir.

 

Qapım  üzünə  açıqdır

 

Hansı  ürəkdə  azmısan,

Yo  tapıb  çıxa  bilmirsən?

Bu tilsimnecətilsimki,

Gücgəlibyıxabilmirsən?

 

Bəlkə tor qurub  hörümçək,

Sənin  qismət pətəyinə?

Tanrı  bilib  yapışmısan,

Biri  blisin  ətəyinə?

 

O səadət  nədir  məgər,

Bəxtimə  yaza  bilmirsən?

Nəsgördüyüm  bir  yuxunu,

İllərdir  yoza  bilmirsən...

 

Görmürsənmi  məhəbbətim,

Yoluna  düzülüb  gəlir?

Göz  yaşlarım  muncuq  kimi,

Gözümdən  süzülüb  gəlir.

 

Mənim  pərvanə  ürəyim,

Dərdi  hardan qanır  axı.

Harda  eşitsəm  adını,

Od, alovsuz yanır  axı.

 

Onsuzözündəbilirsən,

Ruhumsənəalaçıqdır.

Nəvaxtdönsənmənə sarı,

Qapımüzünəaçıqdır

 

İlahi

 

Nə çətinmiş İlahi,

İsbat və razı salmaq.

Məchul bir nöqtə kimi,

Gözlərdən düşüb qalmaq.

 

İnandığın duanın ...

dönüb batil olmağı,

Aldığın nəfəsinin,

Sənə qatil olmağı.

 

Günah etdikdən sonra,

Əfv yolunu gözləmək.

Dilindəki tövbəni,

Gözlərində gizləmək.

 

O "Baqi"zənn etdiyin

həyata birdə baxmaq,

Göylərə gözün dikib,

torpaq üçün darıxmaq...

Nə çətinmiş İlahi ...!

 

Geri dönməz

 

Duyğularım pərən-pərən,

Fikirlərim bir az dalğın.

Çiyinimdə həsrət yükünü,

Daşıyıram yorğun-yorğun.

 

Göz yaşlarım yollarıma,

Səpilib yuyur izimi.

Qoymur dərdimi aşmağa,

İnadla bükür dizimi.

 

Yaradanın nəzərinə,

Ruhum qalıbdı tamarzı.

Xoşbəxtliyə çatmır əlim,

Bəxtimdən özüm narazı.

 

İçimdə yanan ocağın,

Neyləsəm də, odu sönməz.

Ömürdən gedən gəncliyim,

Yalvarsam da, geridönməz.

 

Səbəbqalmadı

 

Bir  gerçək  olsa da nədənsə  bəzən,

Böyük  həqiqətə  inanmaz  ürək.

Hərdən  nağıllara  inan  azacıq,

Mənim  əfsanəyə  inandığım  tək.

 

Bizim aramıza  düsən  ayrılıq,

Mənimçün  çətindir, səninçün  asan.

Nə  mən  inadımdan  dönərəm  düzü,

Nə  sən soyuqluğu  bağışlayarsan.

 

Xətanı boynuna  götürməsəndə,

Mən  səni  əfv  etdim, elə  həmən gün.

Nəyimiz  vardısa  silib, süpurduk,

Daha səbəb yoxdur  görüşməküçün.

 

 

 

MənəYüksəkdənBaxma

 

Mənə  yüksəkdən  baxma!

En, yanıma gəl  hərdən.

Təkliyin  rəsmin  çəkən

İkicəcik  rəssam  var,

Biri  sənsən, birimən.

 

Mənə  yüksəkdən baxma!

Səni   görə  bilməkçün,

Məndə   azıram  orda,

Bədənim  yerdə  qalır,

Ruhumsa buludlarda.

 

Mənə  yüksəkdən  baxma!

Səni  yaxşı  görmürəm.

Gözlərim  bulanıqdı,

Düş otur  ürəyimdə,

Qəlbim  sənə  qayıqdı.

 

Mənə  yüksəkdən   baxma!

Gəl  toxun  saçlarıma.

Titrət  könül  varımı,

Sənə  etiqad  edim,

Silim  yazdıqlarımı.

 

Mənəyüksəkdənbaxma!

Görümki, yanımdasan.

Gəlib  çatıb  gümanım,

Bu günə  xoşbəxt  olub,

Keçən dünəni  danım.

 

Mənə  yüksəkdən  mbaxma!

Axı  kimlər  biləcək,

Guyaki, məndə  olsan?

Dünyamı  dağılacaq,

Bircə  gün bəndə  olsan?...

Seçilən
36
adalet.az

1Mənbələr