AFFA "Şamaxı" və "Qarabağ" klublarını cərimələyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Misli Premyer Liqasında III turun “Şamaxı” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” klubu 800 manat cərimələnib.
Həmçinin sözügedən görüşdə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Qarabağ" klubu 1500 manat cərimələnib.