Erməni hərbi cinayətkarların cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin icraatına verilib.
Publika.az xəbər verir ki, bu barədə Report-a vəkil Adəm Məmmədov məlumat verib.
Vəkil bildirib ki, erməni hərbi cinayətkarlar tərəfindən Birinci Qarabağ müharibəsində şəhid olmuş atam Məhərrəm Məmmədov da zərərçəkmiş kimi tanınıb:
"Onun hüquqi varisi qismində məhkəmədə iştirak edəcəm”.
Xatırladaq ki, Adəm Məmmədovun atası Məhərrəm Məmmədov Zərdab rayon Məhkəməsinin sədri olub. 24 avust 1993-cü ildə erməni hərbi cinayətkarlar tərəfindən şəhid edilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.