AZ

Türkiyə növbəti dəfə 11 PKK üzvünü məhv edib

Türkiyə ordusu İraqın şimalında Kürdüstan Fəhlə Partiyasının (PKK, Türkiyədə qadağan olunmuş və terrorçu kimi tanınan) 11 silahlısını məhv edib.

"İraqın şimalında həyata keçirilən hava əməliyyatı nəticəsində aşkar edilmiş 11 PKK terrorçusu məhv edilib”, -Respublika Müdafiə Nazirliyinin "X" platformasında qeyd olunub. 

Türkiyə ilə PKK arasında münaqişə 1984-cü ildən davam edir.
 
Türkiyə hakimiyyəti PKK-nı milli təhlükəsizliyə təhdid hesab edir və mütəmadi olaraq onun ölkədəki tərəfdarlarına qarşı reydlər, Suriya və İraqın şimalında əməliyyatlar keçirir.
 
Aytac 
 


www.anews.az
Seçilən
24
anews.az

1Mənbələr