AFFA İntizam Komitəsi II Liqa təmsilçisi “Qusar”a texniki məğlubiyyət verib.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə qurumun iclasında qərar qəbul olunub.
II Liqada XIII turun “Qusar” – “Şahdağ Qusar” oyunu meydan sahiblərinin matça gəlməməsi səbəbindən baş tutmayıb. Buna görə “Qusar”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
Klub həmçinin 300 manat cərimə edilib.