Əməkdar artist Elza Seyidcahan görünüşünə əl gəzdirib.
News24.az OLAY-a istinadla yazır ki, hər zaman uzun saçlarla dolaşan sənətçi bu dəfə onları qısaldıb.
Seyidcahan qısaltdığı yeni saç düzümü ilə çəkdirdiyi fotolarını instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, bir müddət əvvəl Elza Seyidcahan sarı saçlarla efirlərə çıxıb. Müğənni bildirib ki, bu saçlar parikdir.