AZ

Keçmiş futbolçu kokain qaçaqmalçılığına görə həbs edildi

İspaniyada "Çuçi" ləqəbi ilə tanınan keçmiş futbolçu Xesus Emilio Diaz de Miera hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Məlumata görə, Diaz de Miera İspaniyanın Kadis əyalətinin El Puerto de Santa Maria şəhərində həbs edilib.

Bilbao "Atletik"inin sabiq oyunçusu külli miqdarda narkotik qaçaqmalçılığı ilə bağlı ittiham olunur. O, 2009-cu ildə Argentinadan Valensiya limanına 950 kiloqram kokain gətirməkdə və bu əməliyyatı digərlərinin dəstəyilə həyata keçirməkdə günahlandırılır. Narkotik maddənin qara bazardakı dəyərinin 32 milyon avrodan çox olduğu bildirilir.

Qeyd edək ki, Diaz de Miera 2014-cü ildə bu cinayətlə əlaqədar 9 il həbs cəzasına məhkum edilib. 


Telegram kanalımız
Seçilən
25
yenisabah.az

1Mənbələr