AZ

Avropa Şurasının Baş katibi: Gürcüstan hökuməti "Xarici təsir" qanununun məzmununu dəyişdirəcəyini vəd edib

Gürcüstan hökuməti "Xarici təsirin şəffaflığı" haqqında qanununun məzmununu dəyişdirəcəyini vəd edib.

Bu barədə Avropa Şurasının Baş katibi Alen Berse Tbilisidə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qanuna dəyişikliyin edilməsi ilə bağlı işçi qrup yaradılacaq.

“Hökumət “Xarici təsirin şəffaflığı” haqqında qanunun məzmununu dəyişdirəcəyini vəd edib. Gürcüstan və Avropa Şurasının nümayəndələrindən, o cümlədən Venesiya Komissiyasından işçi qrup yaradılacaq və qanunvericilikdə hansı dəyişikliklər edilməli olduğu müəyyən ediləcək”, - Alen Berse bildirib.

phrase_var_article.chosen
3
7
herbiand.az

8phrase_var_article.sources