AZ

AFFA ”Şamaxı"nı 800, "Qarabağ"ı 1500 manat cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, iclasda Premyer Liqanın 3-cü turundan təxirə salınmış bir oyunla bağlı bu qərarları qəbul edib:

“Şamaxı” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” klubu 800 manat cərimə edilib.

“Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilib.

Seçilən
1
8
operativmedia.az

9Mənbələr