Bakı, TurkicWorld
MÜSİAD Azərbaycan İstehsal və Ticarət Komissiyası, Təşkilatlanma və Üzvlərlə Əlaqələr Komissiyasının birgə təşkilatçılığı ilə 100-dən çox iş adamının iştirak etdiyi "MÜSİAD Azərbaycan üzvlərinin #BirVəBərabər" adlı görüş keçirildi.
Bu görüşün əsas məqsədi sahibkarlar arasında B2B əlaqələrin qurulmasını dəstəkləmək və ticari əlaqələri daha da gücləndirmək olub.
Bu barədə TurkicWorld-a MÜSİAD-dan məlimat verilib.
Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı ticarət müşavirləri, MÜSİAD Azərbaycan üzvləri və dəvətli qonaqlar iştirak ediblər.
Görüş zamanı üzvlər ticarətin inkişafı, ixracın həcmi, fəaliyyətlərdə fəal iştirak və investisiya qoyuluşlarına verdikləri töhfələrə görə xüsusi təşəkkürnamələrlə təltif olunublar.
Görüşdə daha bir əlamətdar məqam üzvlər Proyapı Mühendislik və EUROCLİMA şirkətlərinin görüşün ev sahibliyini edən Seranit şirkəti ilə əməkdaşlığa dair müqavilə imzalaması olub.
İş dünyasında yeni əlaqələrin qurulması və əməkdaşlıqların inkişaf etdirilməsi baxımından görüş uğurlu və faydalı olub.
MÜSİAD Azərbaycan olaraq bütün üzvlər göstərdikləri dəstəklərə görə minnətdarlığını bildirib, gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.
Eyni zamanda, tədbirə ev sahibliyi edərək qonaqpərvərliyini nümayiş etdirən Seranit Azərbaycan şirkətinin direktoru Ufuk Polata xüsusi təşəkkürlərini bildiriblər.