AZ

Paşinyan: "Azərbaycanla dəmir yolu əlaqəsinin bərpası məsələsinin həlli yolu tapılıb "

Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı “Armenpress” xəbər agentliyinə müsahibəsində bildirib ki, Azərbaycanla dəmir yolu əlaqəsinin bərpası məsələsinin həlli yolu tapılıb və bu, hər iki tərəfi tam qane edir...

Ermənistan Türkiyə ilə Gümrü-Qars dəmir yolu ilə sərhədi keçmək üçün tələblərin qiymətləndirilməsi ilə bağlı razılığa gəlib. Bunu da xarici işlər naziri Ararat Mirzoyan deyib...

Görünən odur ki, Ermənistan eyni vaxtda həm Azərbaycanla, həm də Türkiyə ilə anlaşmaya doğru gedir...

Türkiyənin Suriya triumfundan sonra Ermənistanın başqa yolu da qalmayıb. Orası da var ki, ABŞ və Avropa İttifaqı Ermənistana təhlükəsizlik qarantiyası vermir. İlham Əliyevin bu məsələ ilə bağlı dedikləri də bu faktın dolayısı ilə vurğulanması idi. Ermənistanın köhnə dostları-İran və Rusiya da yaman günə qalıb. Ermənistanın Fələstin dövlətinin müstəqilliyini tanıması da indi onun əleyhinə işləyir. Belə bir fonda Ermənistanın başqa bir seçimi də qalmayıb...

Elbəyin Həsənli

visiontv.az



Seçilən
30
visiontv.az

1Mənbələr