AZ

Gürcüstan hakimiyyəti Qərbin sanksiyalarına məruz qalan məmurları mükafatlandıracaq

Gürcüstan hakimiyyəti bir sıra rəsmi şəxsləri, o cümlədən respublikanın daxili işlər naziri Vaxtanq Qomelaurini “Şərəf” ordeni ilə təltif etmək niyyətindədir...

Poliqon TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

“Biz andiçmə mərasimindən sonra Daxili İşlər Nazirliyinin rəhbər işçilərini “Şərəf” ordeninə təqdim etmək qərarına gəldik. Söhbət on bir məmurdan gedir”, o vurğulayıb.

Xatırladaq ki, dekabrın 19-da ABŞ hakimiyyəti iki gürcü rəsmiyə qarşı sanksiya tətbiq edib.

Poliqon.info

phrase_var_article.chosen
7
poliqon.info

1phrase_var_article.sources