Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb.
Day.Az xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova bu gün keçirilən iclasda bildirib ki, Milli Məclisin növbəti iclası dekabrın 27-də keçiriləcək.
O qeyd edib ki, iclasın gündəliyi barədə məlumat veriləcək.
Qeyd edək ki, parlamentin bu gün keçirilən iclasında 11 məsələ müzakirəyə çıxarılaraq qəbul edilib.