Bu il noyabrın 11-dən 24-dək Bakıda keçirilən COP29 iqlim konfransında Çinin bərpa olunan enerji mənbələri (BOEM) sahəsində fəaliyyət göstərən aparıcı şirkətləri Azərbaycanla əməkdaşlığa dair bir sıra mühüm sazişlər imzalayıb.“Report” xəbər verir ki, bunu Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao ilin yekununa həsr olunmuş mətbuat konfransında bildirib.O xatırladıb ki, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü və Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Din Süesyan COP29 konfransında ölkə Sədri Si Cinpinin xüsusi nümayəndəsi qismində iştirak edib.D.Tao vurğulayıb ki, COP29-da mühüm nəticələr əldə olunub: "COP29 zamanı bərpa olunan enerji mənbələri sahəsində fəaliyyət göstərən “Power Construction Corporation of China” və “China Energy Engineering Group Co., Ltd" ("Energy China") kimi iri şirkətlər Azərbaycanla əməkdaşlığa dair vacib sənədlər imzalayıb və gələcəkdə ölkədə bir sıra irimiqyaslı enerji layihələri həyata keçirməyi planlaşdırırlar. Çin şirkəti Azərbaycanda bərpa olunan enerji layihələri üzrə ilk açıq beynəlxalq tenderin qalibi olub. Bu, 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyası layihəsidir. “China Southern Power Grid International Limited” (Honkonq) və “Powerchina Huadong Engineering Corporation Limited” şirkətləri Azərbaycanın Energetika Nazirliyi ilə enerji saxlanması sahəsində Anlaşma Memorandumu imzalayıb", - o bildirib.Çinin müvəqqəti işlər vəkili qeyd edib ki, getdikcə daha çox Çin şirkəti və tədqiqat institutu günəş və külək enerjisi, enerji saxlanması və “yaşıl hidrogen” istehsalı sahəsində təcrübə mübadiləsi və əməkdaşlığın müzakirəsi üçün Azərbaycana səfər edir.
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less