"Cəmiyyətin media savadlığına yiyələnməsi çox önəmlidir. Media savadlığı yalnız jurnalistlərlə əlaqəli deyil. Peşəkar jurnalist, bu sahədə çalışan şəxs media savadlığına yiyələnir. Hansı məlumatın dezinformasiya, hansı məlumatın saxta məlumat olduğunu aid edə bilir".
Bu sözləri Hit.az-a Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.
O bildirib ki, cəmiyyət fake newsləri mütləq həqiqət kimi qəbul edir, hətta onların yayılmasında maraqlı olur. Bu baxımdan da "Media savadlılığı" həftəsinin cəmiyyətin bütün təbəqələrini əhatə etməsi sevindiricidir:
"Məlumdur ki, saxta xəbərlər daha çox sosial media üzərində yayımlanır. Sosial media istifadəçiləri arasında gənclər üstünlük təşkil edir. Məlum mövzu ilə bağlı regionlarda gənclərlə bir yerdə müxtəlif tədbirlərin keçirilməsi önəmlidir. Medianın İnkişafı Agentliyinin yaradılmasından sonra Azərbaycanda bu sahədə ciddi dəyişikliklər yaranıb. “Media haqqında” qanun qəbulu, media reyesrti, “media savadlığı” həftəsinin keçirilməsi olduqca əhəmiyyətlidir".
Həmsöhbətimiz onu da əlavə edib ki, bu sahədə aparılan işlər nəticəsində cəmiyyətdə media savadlılığı müşahidə olunmaya başlayıb:
"Saxta məlumatların yayılmasının qarşısının alınmasında ictimaiyyət daha da fəal iştirak edəcək. O da məlumdur ki, ölkəmizlə bağlı saxta məlumatlar tirajlanır. Məlumat üçün bildirim ki, 44 günlük Vətən Müharibəsində də ölkəmiz dezinformasiyaların, saxta məlumatların hücumuna məruz qaldı. Hətta birinci Qarabağ müharibəsi dövründə Azərbaycana qarşı olan Fransa ölkəmizlə bağlı saxta məlumatlar yayıb. Fransa mediası Xocalı soyqırımını azərbaycanlılar törədibmiş kimi təqdim etmişdilər. Mən deyərdim ki, fake news, dezinformasiya elə ilk dəfə Azərbaycana qarşı yönəlib. Bundan əziyyət çəkən xalqları arasında ölkəmiz demık olar ki, ilk sıradadır. Bu baxımdan da hesab edirəm ki, “Media savadlığı” həftəsi olduqca önəmlidir. Hər bir Azərbaycan vətəndaşı informasiya müharibəsində aktiv olmalıdır. Saxta məlumatların yayılmaması üçün “media savadlığı” həftəsinin elan olunması olduqca əhəmiyyətlidir".
Sevinc