İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyini (MKTB) məhkəməyə verib.
Qaynarinfo-nun məlumatına görə, tərəflər arasında vergi məsələlərinə dair mübahisə yaranıb.
İdarənin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Miminat Hacıbəyova iş üzrə hakim təyin edilib.
Ətraflı
Ad – 00:23
Araşdırmalarımız zamanı məlum olub ki, Səbail MKTB-nin hazırda 835 022,15 manat vergi borcu var. Lakin hansısa səbəbdən MKTB borcu ödəmir. Bu baxımdan vergi orqanı məsələni hüquqi müsatəvidə həll etməyə çalışır.
Səbail MKTB-nin rəisi Elçin Həsənovdur. MKTB Səbail Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir.