AZ

KİV: “Britaniya Ukraynaya hərbi təlimçilər göndərməkdən imtina edib”

Britaniya hökuməti Rusiya Silahlı Qüvvələrinin onlara hücum edəcəyindən ehtiyat etdiyi üçün indiyədək Ukraynaya hərbi təlimatçılar göndərməkdən imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Times” nəşri adı açıqlanmayan Qərb rəsmisinə istinadən məlumat yayıb.

“Ukraynalı hərbçilərin təlimi cəbhəyə nə qədər yaxın olsa, bir o qədər effektiv olar. Amma onu da qeyd etmək lazımdır ki, ruslar Ukrayna ərazisində Qərbin istənilən yardımına hücum edəcək”, - deyə mənbə bildirib.

Nəşr qeyd edib ki, Britaniya ordusunun keçmiş Baş Qərargah rəisi, iyunda vəzifəsini tərk edən general Patrik Sanders 2023-cü ilin sentyabrından etibarən Britaniya hökumətini Ukrayna hərbçilərinin təlim proqramını Ukrayna ərazisinə köçürmək üçün təzyiq edib.
 

Böyük Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi, admiral Toni Radakin isə bu təklifə qarşı çıxıb, o vaxtkı müdafiə naziri Qrant Şappsa belə bir addım atmamağı tövsiyə edib.


Xatırladaq ki, Rusiya rəsmiləri daha əvvəl Ukraynadakı NATO qüvvələrinin legitim hədəf olacaqları ilə bağlı dəfələrlə açıqlamalar veriblər.

Bizim.Media

Seçilən
19
bizim.media

1Mənbələr