Noyabrın 19-dan Köhnə Günəşli qəsəbəsinin Səməd bəy Mehmandarov küçəsini "Sədərək" ticarət mərkəzi ilə əlaqələndirən E2 nömrəli ekspres marşrut xəttindəki avtobuslar özlərinə aid olmayan dayanacaqda dayanırlar.
Bununla bağlı hakimiyyet.az-a məlumat verilib.
Qeyd olunub ki, E2 ekspres marşrut avtobusu Köhnə Günəşlidən "Sədərək" ticarət mərkəzinə qədər olan məsafədə təyin olunan bir neçə dayanacaqda dayanmalı olduğu halda sürücülər hər bir dayanacaqda saxlayıb, adam götürürlər.
"Adından da məlumdur ki, bu, ekspres avtobusdur. Yəni bütün dayanacaqlarda dayanmalı deyil. Amma tam tərsi baş verir və bu səbəbdən də günün pik saatlarında avtobusda basabas yaranır", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən hakimiyyet.az-a verilən açıqlamada bildirilib ki, E2 ekspres avtobusunun təyinata uyğun olaraq müəyyən edilmiş dayanacaqlarda dayanması barədə daşıyıcıya xəbərdarlıq edilib.
Xatırladaq ki, E2 nömrəli ekspres marşrut xətti üzrə Neapol və Ukrayna dairələri, Ramiz Quliyev küçəsi ("Nargilə" dairəsi), 8 Noyabr prospekti (Bakı İstilik Elektrik Mərkəzi), 2 saylı "ASAN xidmət", Zərifə Əliyeva küçəsi (metronun "Sahil" stansiyası), Azneft dairəsi və Bibiheybət məscidi aralıq dayanacaq məntəqələri kimi.
Əzizə İsmayılova