AZ

Avropa Şurası səhv (!) bəyanat yayıb

AzVision.az xəbər verir ki, Amerikanın “Politico” nəşri AŞ-nin saytında“Ukrayna bu müharibədə qalib gəlməlidir” ifadəsinin yazıldığına diqqət çəkib. Lakin “Playbook” (“Politico”nun bir bölməsi)ilə əlaqəsaxlayan AŞ-nin təmsilçisi bunun səhv olduğunu və ifadənin düzəldiləcəyini bildrib.

Belə ki, AŞ-nin Ukrayna ilə bağlı razılaşdırılmış sənədində “Rusiya qalib gəlməməlidir” deyilir.

”Qələbə”ən çətin sözdür. Bu, Aİ-nin Xarici Siyasət rəhbəri Kaya Kallasın Ukraynanın qalib gəlməli olması barədə təkidi ilə ziddiyyət təşkil edir. Lakin Aİ liderləri özlərini bu qədər irəli getməyə məcbur edə bilməzlər. Zelenskinin yanında dayanan AŞ-nin prezidenti Antonio Koşta“Beynəlxalq hüquq qalib gəlməlidir və işğal dəf edilməlidir” şəklində fərqli bir düstur təklif etdi”, - “Politico” nəşri yazır.


Eyni zamanda, AŞ hava hücumundan müdafiə (HHM) sistemləri, döyüş sursatları və raketlərin ən qısa zamanda Kiyevə çatdırılmasını, həmçinin Ukrayna briqadaları üçün lazımi təlim və avadanlıqların verilməsini tapşırıb. Sonuncu məqamın qeyd olunması da bir yenilikdir. Çünki Ukrayna prezidenti Volodimir Zelenski məhz tərəfdaşlarla mövcud razılaşmalara rəğmən, həmin briqadaların kifayət qədər hazırlıqlı olmadığından və silahlanmadığından şikayətlənmişdi.

- Bizim briqadalar “çılpaqdır” və tam komlektləşməyib. Bir il əvvəl müttəfiqlər 12-14 briqada hazırlamağa və təchiz etməyə söz vermişdilər, ancaq yalnız ikisi alındı”,- Ukrayna prezidenti Aİ nümayəndələri ilə görüşdən sonra Brüsseldə keçirdiyi mətbuat konfransında gileylənib.

Yeri gəlmişkən, AŞ-nin iclasından əvvəl Litvanın prezidenti Qitanas Nauseda da Aİ-nin Ukraynaya hərbi yardım göstərmək üzrə öhdəliklərini yerinə yetirmədiyini etiraf edib.

“Vədlər çoxdur, amma onlardan elə də çoxunu yerinə yetirməmişik. Avropa Sülh Fondu hələ də bloklanıb, real həyatda yox, sözdə Ukraynaya hərbi və Zelenski bu barədə hamıya danışır. Vəziyyət çətindir və biz özümüzə münasibətdə vicdanlıolmalıyıq, saysız-hesabsız söhbətləri dayandırıb qlobal strateji oyunçuya çevrilməliyik. Bu, sonsuz danışıqlarla yox, qərarlar qəbul etməklə mümkündür”,-Almaniyanın “Deutsche Welle” tele-radio şirkəti Litva prezidentindən sitat gətirir.

AŞ-nin prezidenti Antonio Koşta, öz növbəsində,Aİ-nin müharibənin genişlənməsinə töhfə verənlərə və Rusiyaya dəstək verənlərə təzyiqini artıracağını, həmçinin Ukraynaya dəstəyi artırmağın yeni yollarını araşdıracağını vəd edib.


Zelenskinin sözlərinə görə, onun tərəfdaşları hazırkı görüşlərdə Ukraynanın enerji obyektlərini qorumaq üçün ehtiyac duyduğu 19 HHM sistemindən bir neçəsini təmin etmək vədini veriblər.

Sahil İsgəndərov
AzVision.az
phrase_var_article.chosen
2
1
azvision.az

2phrase_var_article.sources