Donald Tramp bu yaxınlarda Çin, Meksika, Kanada və BRİKS ölkələrinə də oxşar bəyanatlar verib.
Editor.az xəbər verir ki, Donald Trampın təsiri hələ prezident olmadan bütün dünyaya təsir etdiyi halda, ABŞ-ın seçilmiş prezidentinin şəxsi sosial şəbəkəsi olan Truth Social-da paylaşdığı açıqlamalar Avropa Birliyində şok effekti yaradıb. Bir müddət əvvəl Çin, Kanada, BRİKS və Meksikanı artan gömrük rüsumları ilə hədələyən ABŞ prezidenti Tramp bu dəfə gözünü Avropa Birliyinə dikib. ABŞ-ın Avropaya verdiyi müdafiə və ticarət imkanlarından narazı qalan Tramp, ABŞ-dan qaz və neft almasa, Avropanın yüksək tariflərlə üzləşəcəyini bildirib.
Tramp məhz belə yazıb: “Mən Avropa İttifaqına dedim ki, onlar ABŞ-la olan böyük kəsirlərini böyük miqyasda neft və qaz almaqla bağlamalıdırlar. Əks halda, onları BÖYÜK GÖMRÜK VERGİSİ gözləyir!!!”.
//Gülnarə Abasova, Editor.az