AZ

Gənclər və İdman Nazirliyinin dəstəyi çəkilən film Xaçmazda nümayiş olundu » AzadMedia.az



Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində Gənclər Mərkəzi İctimai Birliyi “Qərbi Azərbaycan manifesti Gəncliyin gözü ilə” adlı layihə həyata keçirir.

Xaçmaz rayonunda keçirilən tədbirdə Gənclər Mərkəzi İctimai Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə bildirib ki: “Layihənin müddəti 3 aydır. Əsas məqsədi Qərbi Azərbaycanla bağlı həqiqətləri, tarixi şəxsiyyətləri, qədim mədəni irs abidələri və hüquqi faktları sənədli film, bukletlər, kitabçalar, tədbirlərin keçirilməsi və xüsusi geyimlər vasitəsilə daha çox böyük kütləyə çatdırmaq, eyni zamanda Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında qeyd olunduğu kimi, bu prosesdə ictimai rolun artırılması, gənclərin prosesdə aktiv iştirakını təmin etməkdən ibarətdir.”

Tədbirdə çıxış edən Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, Quba-Xaçmaz Gənclər və İdman İdarəsinin Xaçmaz rayon üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov, Xaçmaz rayon Tarix-Diyarşünaslıq muzeyinin elmi işçisi Xumar Əsədova, könüllü fəal gənc Yusif Məmmədli Gənclər Mərkəzi İctimai Birlinin layihəsinin əhəmiyyətindən, Qərbi Azərbaycanın tarixi, mədəni irsi, tarixi şəxsiyyətləri, hüquqi sənədləri, müxtəlif illərdə həyata keçirilən deportasiya və bu müddət ərzində vətəndaşlarımızın doğma yurd-yuvasına qayıtmasını şərtləndirən məsələlərdə ictimai rolun artırılması barədə fikirlərini bildirdilər. Tədbirdə layihə çərçivəsində hazırlanan sənədli film nümayiş olundu, bukletlər, dəftərxana ləvazimatları və geyim dəsti paylandı.

Tədbirdə Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova “Gənclərin dostu” mükafatı və iştirakçılara sertifikatlar təqdim edildi. Tədbirin sonunda layihə çərçivəsində hazırlanan “Qərbi Azərbaycan manifesti Gəncliyin gözü ilə” adlı film iştirakşılara nümayiş olundu.
phrase_var_article.chosen
1
24
azadmedia.az

10phrase_var_article.sources