AZ

Bu metro stansiyanın tikintisi dayandırılıb - Rəsmi

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Bənövşəyi xətti üzrə inşa edilən, şərti adı “B-4” olan metro stansiyasının tikintisi dayandırılıb.

Hurriyyet.az xəbər verir ki, bunu TNS-yə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, hazırda stansiyada tikinti işləri müəyyən müddətə dayandırılıb:

“Bu, vəsait çatışmazlığı ilə bağlıdır. Amma bu o demək deyil ki, tikinti davam etdirilməyəcək. Stansiyanın inşasının əsas ağır mərhələsi geridə qalıb. 4 mərhələli inşaatın bütün mərhələləri üzrə qazıntı başa çatdırılıb, inşaatın tamamlanması adlandırılan işlərə başlanılıb, mərmər üzlük - qranit vurulmasına hazırlıq görülüb, dizayn mərhələsi həll edilir, stansiyada infrastrukturun qurulması üçün hazırlıq da var”.

Qurum sözçüsü qeyd edib ki, stansiyanı “8 Noyabr”a birləşdirən hər iki yol infrastrukturu, yəni onun dəmir-beton yol hissəsi, relsləri qurulub. Onun sözlərinə görə, bundan sonra qatarların hərəkətini təmin edən elektrik sistemi və təmas relslərinin qurulması işləri görülməlidir.

Seçilən
53
36
hurriyyet.az

10Mənbələr