Ramil Əbil oğlu Rzayev Azərbaycanın İndoneziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Hurriyyet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
***
Prezidentin digər Sərəncamına əsasən, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Niderlandda yeni səfiri təyin edilib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanın Niderlandda səfiri olan Rəhman Mustafayev 2024-cü ilin oktyabrında vəzifəsindən geri çağırılaraq, ölkəmizin Rusiyada səfiri təyin olunub.