AZ

Oskanyan:"Paşinyan Qarabağa da Zəngəzur dəhlizi kimi "qırmızı xətt"imiz deyirdi, sonra..."

"Azərbaycan Ermənistana heç nə verməyəcək, amma Azərbaycan hər şeyi alacaq!”deyə həmişə haray qoparan Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan növbəti “qaraqışqırıqla” gündəmə gəlib.


Adalet.az xəbər verir ki, Oskanyan Azərbaycan lideri Əliyevin son günlərdəki açıqlamalarını şərh edib:”Hesab edirəm ki, dəhliz tələbi siyahıda var, qeyd olunmasa da, Əliyev bu barədə danışmağa ehtiyac duymur, çünki onun həllini onun üçün ən əlçatan hesab edir”
Oskanyan təlaş içində olduğunu bu cümlələrlə dilə gətirib:"Dəhliz Azərbaycan üçün ən əlçatandır, o, sadəcə girib götürəcək. Əliyev hesab edir ki, Paşinyan dəhlizə söz verib və girib götürmək onun hüququdur. Ona görə də bu, həqiqətən də ciddi narahatlıq doğurur".

Oskanyan xatırladıb ki, Ermənistan hakimiyyəti dəhlizin ölkəsi üçün qırmızı xətt olduğunu bəyan edir, lakin keçmiş xarici işlər naziri əmindir ki, bu heç nə demək deyil:”Əksinə, Paşinyan əvvəl “Qarabağ Ermənistandır və belədir” deməsi, sonra da sadəcə olaraq Qarabağı Azərbaycana verməsi mən indi də narahat edir” – deyə o vurğulayıb.

Oskanyan deyib ki, Qarabağ məsələsi gündəmə gətirilməlidir, çünki bununla hər cür problemləri həll etmək mümkün olacaq.

P.S. Görən, bu xəstə toplum nə vaxt anlayacaq ki, Qarabağ Azərbaycandır, 1000 ildir belədir və belə olacaq.

Əntiqə Rəşid

Seçilən
18
adalet.az

1Mənbələr