Rusiyanın bu gün Kiyevə endirdikləri raket zərbələrindən Portuqaliya səfirliyinə ziyan dəyib.
Azpost.info bildirir ki, bu barədə Aİ xarici məsələlər üzrə nümayəndəsi Kallas bildirib.
Onun sözlərinə görə, heç bir diplomatik missiya hədəfə alına bilməz.
“Bu, Rusiyanın sülhə sadiq olmadığını nümayiş etdirərək mülki hədəflərə növbəti vəhşi hücumudur”deyə Kallas yazıb.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen isə Kiyevə hucumu “iyrənclik” adlandırıb.
“Bu dəfə Portuqaliya səfirliyi və bir sıra digər diplomatik xidmətlərin yerləşdiyi binaya zərbə endirilib. Putinin beynəlxalq hüquqa saymamazlığı yeni zirvələrə çatır”-deyə o Portuqaliya ilə həmrəy olduqlarını bildirib.