AZ

Aptek təşkilatçıları tibbi sığortanın subyektləri sırasına daxil edilib

Aptek təşkilatçıları tibbi sığortanın subyektləri sırasına daxil edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Tibbi sığorta haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Sənədə əsasən, dərman və tibb vasitələrinin əlçatanlığına və tibbi xidmətlərin keyfiyyətinin artırılmasına dövlət tərəfindən təminat verilməsi, sığorta hadisəsi baş verdikdə, sığortaolunan dərman və tibb vasitələri ilə təmin edilməsi icbari tibbi sığortanın əsas prinsipləri sırasına daxil edilib.

"Dərman vasitələri haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarına əsasən fəaliyyət göstərən aptek təşkilatları icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar.

İcbari tibbi sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə müqavilə bağlanılacaq.

Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülmüş resept əsasında yol veriləcək.

Seçilən
24
50
day.az

10Mənbələr