Son günlər ölkədə havanın temperaturunun kəskin dəyişməsi və yağmurlu hava şəraiti müşahidə olunur. Azərbaycanda bu il qış fəslinin sərt keçəcəyi proqnozlaşdırılır.
Havaların soyuması isə qaza, istiliyə olan təlabatı daha da artır. Bəs görəsən istilik təchizatları qışa hazırdır?
"Azəristiliktəchizat" ASC-nin Mətbuat katibi Elvin Basqallı qeyd edib ki, hava proqnozu ilə bağlı "Azəristiliktəchizat" ASC hidrometeoroloji proqnozlar bürosunun məlumatlarına istinad edir: “Qazanxanaların və istilik məntəqələrinin iş prinsipi xarici havanın temperaturuna uyğun tənzimlənməkdədir. Hava soyuduqca istehlakçıların keyfiyyətli istilik təchizatı məqsədi ilə istiliyin miqdarı xüsusi tərtib olunmuş qrafikə əsasən müvafiq qayda da artırılır. Təmir briqadalarımız payız-qış mövsümü, eləcə də kəskin hava şəraitində iş başında olur. 24 saat fəaliyyət göstərən qaynar xəttimizə daxil olan müraciətlər də dərhal araşdırılır”.
Bir sözlə hava kəskin dəyişəcəyi təqdirdə buna uyğun adekvat tədbirlər görüləcək.
Leyla Səməndər