AZ

Sadıxovun döyüşü Las-Veqasda statusuna görə ikinci olacaq

Fevralın 15-də Las-Veqasda (ABŞ) azərbaycanlı qarışıq döyüş ustası Nazim Sadıxovun iştirakı ilə keçiriləcək "UFC Fight Night" turniri genişlənməkdə davam edir.

İdman.biz xəbər verir ki, ABŞ-də yaşayan 30 yaşlı həmyerlimiz braziliyalı İsmael Bonfimlə döyüşəcək.

Bu, gecənin ikinci ən vacib döyüşüdür. Əsas döyüş isə Cared Kanonye (ABŞ) və Qreqori Rodriges (Braziliya) arasında olacaq.

İndiyə kimi turnirdə 12 döyüşün iştirakçıları müəyyənləşib, lakin siyahı genişlənə bilər.

Qeyd edək ki, Sadıxov sonuncu görüşünü ötən il noyabrın 11-də Nyu-Yorkda "Madison Square Garden"də rusiyalı Vyaçeslav Borşyova qarşı keçirib. Üç raundluq qarşılaşmanın sonunda hakimlər heç-heçə qeydə alıblar.

İdman.biz

Seçilən
9
idman.biz

1Mənbələr