Bir çox insan yuxu problemlərindən - yuxusuzluq, tez-tez oyanma, səhərlər yorğunluq kimi hallardan əziyyət çəkir. Bəs yuxu keyfiyyətini yaxşılaşdırmağın sadə və təbii bir yolu varmı?
Bakıvaxtı.az xəbər verir ki, tanınmış yuxu eksperti Şam Sinqh "GB News" nəşrinə müsahibəsində öz əsas sirrini bölüşüb.
Ekspertin sözlərinə görə, bu problemlərdə ən gözəl təbii köməkçi albalı şirəsidir.
"Yuxusuzluğun qarşısını almaq üçün yatmazdan 1-2 saat əvvəl bir stəkan bu içkidən içmək tövsiyə olunur. Albalı - sirkadiyan ritmlərimizi və yuxu-oyanıqlıq dövrümüzü tənzimləyən melatonin hormonunun ən zəngin təbii mənbələrindən biridir", - deyə ekspert izah edib.