AZ

Sumqayıt və Xırdalana metro çəkiləcək? - YENİ XƏBƏR

"Bu gün biz əsasən şəhər daxili metro infrastrukturunu qurandan sonra şəhərətrafı xətlər barədə düşünə bilərik".

Day.Az xəbər verir ki, bu barədə TNS-ə müsahibəsində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov danışıb.

O bildirib ki, əgər şəhərin daxilindəki xətlər inkişaf etdirilməsə, şəhərətrafı ərazilərə xətlərin çəkilməsi mümükün deyil: "Tutaq ki, biz Xırdalan və Sumqayıta metro çəkdik. Bu gün şəhərin mərkəzindəki xətləri inkişaf etdirməmiş, Xırdalan və Sumqayıtdan olan axını da gətirib inkişaf etməmiş xətti yükləyə bilmərik. Bu, dözülməz vəziyyət yarada bilər. Ona görə də əvvəlcə şəhər mərkəzini inkişaf etdirməliyik ki, sonradan şəhərətrafı xətlər barədə düşünmək bəlkə də olar.

Digər tərəfdən, dəmir yolu qatarlarının xətti ilə metro qatarlarının bu gün hərəkət etməsi mümkünsüzdür. Həmin xətlərin metro qatarlarına uyğunlaşdırılması ilə bağlı ayrıca konsepsiya işlənməli və buna kifayət qədər vəsait xərclənməlidir. Düzdür, bu gün "Bakı Metropoliteni" yeni nəsil qatarları Bakıya dəmir yolu xətti ilə gətirir. Amma bu, qatarların özünün sərbəst hərəkəti ilə deyil, xüsusi qoşqu halında dartı yolu ilə baş tutur".

Seçilən
13
7
day.az

8Mənbələr