DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat tədbirləri davam etdirilir.
Day.Az xəbər verir ki, polis tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 1978-ci il təvəllüdlü Rahmat Jabraeılnezhad paytaxtda saxlanılıb.
Onun yaşadığı evdən külli miqdarda heroin, 450 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
R.Jabraeılnezhad aşkar olunan narkotik vasitəni Yasamal rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini və ayrı-ayrı yerlərə çatdırıb maddi qazanc məqsədi ilə əldə etdiyini bildirib.
O, narkotik vasitələrin əsas tədarükçülərindən biri olub, adı narkotiklə əlaqəli cinayətlərdə keçir.
Fakta görə cinayət işi başlanılıb, şübhəli şəxs edilib.