AZ

Putin Rusiyada 2025-ci ili belə adlandırdı

Gələn il Rusiyada “Vətənin müdafiəçisi ili” elan olunacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Prezidenti Vladimir Putin Dövlət Şurasının iclasında bildirib.

O, 2025-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinin qeyd olunacağını xatırladıb.

“Bununla əlaqədar olaraq, xüsusi hərbi əməliyyat iştirakçılarının şərəfinə və bütün əcdadlarımızın şücaətlərinin xatirəsinə 2025-ci ilin “Vətən müdafiəçisi ili” elan edilməsini təklif edirəm”, - Putin qeyd edib.

phrase_var_article.chosen
26
5
qafqazinfo.az

8phrase_var_article.sources