Qazaxda yol-nəqliyyat hadisəsi olub, ölən var.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan T-92 model traktor idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sükan arxasında olan 2007-ci il təvəllüdlü İsgəndərli Məcid Surxay oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.