AZ

Polis “saxla” əmrinə tabe olmayan motosikletlini vurub öldürdü – 25 il cəza aldı - VİDEO

Türkiyənin Kocaeli şəhərində “saxla” xəbərdarlığına tabe olmayan və nömrəsiz motosikleti ilə qaçdığı iddia edilən şəxsi güllələyib öldürən polis məmuru hakim qarşısına çıxıb.

Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, hadisə sentyabrın 12-də Qebze rayonunu Memar Sinan küçəsində baş verib.

Belə ki, 21 yaşlı Kərəm Uzun nömrəsiz motosikleti ilə hərəkətdə olarkən polisin “saxla” xəbərdarlığına tabe olmayıb. Motosikleti ilə qaçmağa çalışan Uzuna polis məmuru İbrahim Sərt (29) tərəfindən tabel silahı ilə vurulub. Xəstəxanaya aparılan Uzun bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Hadisəni törədən polis məmuru İ.S. həbs olunub.

Hakim qarşısına çıxarılan İ.S, "qəsdən adam öldürmə" maddəsi ilə 25 il müddətinə azadlıqdan məhrum edilib.

Namiq Musayev

Seçilən
18
avtosfer.az

1Mənbələr