Tayvan parlamentində dava düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilib ki, parlamentarilər müxalifət blokunun təklif etdiyi üç qanun layihəsinin müzakirələri zamanı əlbəyaxa çıxıb, bir-birlərinə su sıçradıblar.
Tayvan Prezidenti Lai Çinq-Tenin “demokratik sistemə zərbə” adlandırdığı qanun layihələrinin qarşısını almaq məqsədilə hakim “Demokratik Tərəqqi” partiyasından olan deputatlar cümə axşamından etibarən parlamentin əsas girişində barrikadalar quraşdırıb, tribunaya stullar düzüblər.
Qeyd edək ki, sözügedən qanun layihəsində seçilmiş məmurların vəzifədən kənarlaşdırmasına qoyulan məhdudiyyətlərin də aradan qaldırılması nəzərdə tutulub. Demokratlar isə bunun həm seçici hüquqlarına zidd olduğunu, həm də adanın özünümüdafiəsində ciddi problemlərə yol açacağını bildiriblər.
“Tayvanın demokratiyasının pozulduğu və zədələndiyi bir vaxtda biz ayağa qalxıb hərəkətə keçməliyik” , - deyə hakim partiyanın bəyanatında qeyd olunub.