AZ

Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi iranlı Omanda həbs edildi - Ölkəmizə gətiriləcək

Omanda həbs edilən İran vətəndaşının Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.

Olaylar xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

"Azərbaycan Respublikası Baş Prokurorluğunun İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş İran İslam Respublikasının vətəndaşı Azadfar Mehdi Mohammadrezanın ekstradisiyası haqqında vəsatəti beynəlxalq hüququn qarşılıqlı yardım prinsipinə uyğun olaraq Oman Sultanlığının Maskat Apellyasiya Məhkəməsi tərəfindən təmin edilib.

Belə ki, fiqurantın külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq həbsli axtarışa verilib. Şəxs 2024-cü ilin may ayında Omanda müəyyən edilərək həbsə alınıb.

Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə zəruri tədbirlər görülür", - qurumdan bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
phrase_var_article.chosen
2
15
olaylar.az

10phrase_var_article.sources