AZ

Təqaüdə göndərilməyən, Pensiyaner Salman Balakişiyev haqqında "ŞOK" məlumatlar…

Son zamanlarda Göygöl rayon Təhsil şöbəsinin işcisi Salman Balakişiyev haqqında sosial şəbəkələrdə yazılar dərc olunur. Marağımızı çəkən o oldu ki, sözü gedən şəxs uzun müddətdir ki, rayonun təhsil şöbəsini fırladır. Daha doğrusu desək fırıldaqla fırladır.

Bir vaxtlar orta məktəblərdən uşaqları dərsdən yayındıraraq, oğlunun rayon ərazisində işlətdiyi Abituriyentlərin hazırlıq kursuna cəlb etdirirdi. Belə ki, Salman Balakişiyev iddia edirdi ki, mən region təhsil şöbəsinin rəisinin haqqını, rayonun prokurorunun haqqını aybaay verirəm.

GundemXeber.Az-a çatdırılan digər məlumata əsasən rayon mərkəzində və kəndlərdə saat 11:00 və 12:00 radələrində siniflərdə 1-2 uşaq olur, bunlar da aztəminatlı ailələrin uşaqlarıdır, hansı ki, onların valideynləri övladlarını yüksək məbləğlər qarşılığında Bünyad Balakişiyev təhsil mərkəzlərində oxutdura bilmirlər.

Dəfələrlə Təhsil Nazirliyinin müraciəti əsasında Baş Prokrorluğun Nadil kənd orta məktəbində korrupsiya əməlləri ilə bağlı apardığı araşdırma nəticəsində Salman Balakişiyev kobud qanun pozuntusuna yol verdiyi üçün intizam tənbehinə cəlb olunaraq, barəsində sonuncu xəbərdarlıq və şiddətli töhmət elan edilmişdir.

İntizam tənbehindən nəticə çıxarmayan Salman Balakişiyev qanunsuz fəaliyyətinə davam etdirməklə, Rayon Təhsilinə daha ağır zərbələr vurur.

Əldə etdiyimiz məlumatlara Göygöl rayon Təhsil sektorunun işcisi Salam Balakişiyev pensiya vaxtını başa vurmuş Göygölün Təhsil Şefi, Tədris ilinin sonuna kimi təhsildə öz maraqlarını, çirik əməllərini başa çatdırması üçün, Gəncə-Daşkəsən region Təhsil İdarəsinin rəisinə özünün deməyinə görə (2000 min) iki min manat pul verərək vaxt alıbdır.

Onu da qeyd edək ki, yazıda adı çəkilən Salman Balakişiyev 2024 cü il noyabr ayının 1-də pensiya yaşı yəni ki, 65 yaşı tamam olubdur.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

 

 

Seçilən
20
hurriyyet.az

1Mənbələr