Polşa hökuməti Macarıstandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Macarıstan hökumətinin Avropa həbs orderinə əsasən axtarışda olan Marçin Romanovskiyə (ədliyyə nazirinin keçmiş müavini) siyasi sığınacaq vermək qərarını Polşaya qarşı qeyri-dostluq aktı hesab edirik", - məlumatda bildirilib.
Bildirilib ki, əgər Macarıstan öhdəliklərini yerinə yetirməsə, Polşa Avropa İttifaqı haqqında Müqavilənin 259-cu maddəsinə uyğun olaraq Macarıstana qarşı iş başlanması üçün Avropa Komissiyasına müraciət edəcək.