AZ

"Bakı Metropoliteni"nin yeni sədri kimdir? - DOSYE

Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Vüsal Aslanov "Bakı Metropoliteni"nin yeni sədri təyin edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Hafta.az yeni təyin olunan sədrin tərcümeyi-halını təqdim edir:

V.Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Bakı Dövlət Universitetinin Mülki və Təsərrüfat Hüquqi fakultəsini fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsini qazanıb.

2004-cü ildən "Azərinşaatservis” MMC-də hüquq müşaviri vəzifəsində, daha sonra Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb.

2005-2006 illərdə Hərbi Xidmətdə olub. 2006-2013 illərdə "Azərinşaatservis” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, İdarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.

V.Aslanov 2010-2014 illərdə "Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015 illərdə "Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb. 2014-2015 illərdə əlavə iş yeri olaraq, "Retro-Park” MTK-nin sədri vəzifəsində çalışıb. 09.10.2015-ci il tarixindən 20.07.2016-cı il tarixədək "Azərbaycan Dəmir Yolları” QSC-nin Sədrinin müşaviri kimi fəaliyyət göstərib.

O, 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Dəmir Yolları” QSC-nin Sədr müavini vəzifəsinə təyin edilib. O, vaxtdan həmin vəzifədə çalışır.

Evlidir, 3 övladı var.

Qeyd edək ki, Prezidentin bu gün imzaladığı digər sərəncamla “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov vəzifəsindən azad olunub.

phrase_var_article.chosen
30
46
hafta.az

10phrase_var_article.sources