AZ

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti beynəlxalq sahədə əməkdaşlığı davam etdirir

Dekabrın 20-də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev Rumıniya Respublikasının İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun rəhbəri Adrian Viktor Vevera ilə görüşüb.

AZƏRTAC Dövlət Xidmətinin məlumatına istinadla xəbər verir ki, görüşdə tərəflər arasında Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, İnkişaf və Diplomatiya İnstitutu və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu tərəfindən imzalanmış üçtərəfli memorandum əsasında yaradılmış Beynəlxalq Kiberdiplomatiya Mərkəzinin gələcək fəaliyyəti, rəhbərlər üçün yüksəksəviyyəli təlim proqramlarının hazırlanması, NATO-nun Sülh Naminə Elm proqramı tərəfindən təsdiqlənmiş “Cyber Polygon” layihəsi, Rumıniyanın “deepfake” və dezinformasiya ilə mübarizə mexanizmləri, eləcə də bir sıra birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.

Qeyd edək ki, ötən ilin aprel ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniya Respublikasının İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

phrase_var_article.chosen
8
3
yeniazerbaycan.com

4phrase_var_article.sources