Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 2023-cü ili 770 min manat xalis zərərlə başa vurub.
Fins.az xəbər verir ki, halbuki, 2022-ci ildə Xidmətin gəlirləri və xərcləri tarazlı idi.
2023-cü il üzrə maliyyə göstəriciləri:
- Əməliyyat gəlirləri: 6,157 milyon manat (2022-ci ilə nisbətən 12,65 dəfə artım).
- Faiz gəlirləri: 395 min manat (2022-ci ildə mövcud olmayıb).
- Digər gəlirlər: 471 min manat (2022-ci ildə mövcud olmayıb).
- Ümumi və inzibati xərclər: 7,49 milyon manat (15,6 dəfə artım).
- Maliyyə xərcləri: 123 min manat (24 dəfə artım).
- Pul vəsaitləri üzrə kredit zərəri: 85 min manat (2022-ci ildə mövcud olmayıb).
- Xarici valyutanın yenidən qiymətləndirilməsi üzrə zərər: 16 min manat (2022-ci ildə mövcud olmayıb).
- Mənfəət vergisi: 79 min manat (2022-ci ildə mövcud olmayıb).
Aktivlər və öhdəliklər (2024-cü il yanvarın 1-nə):
- Aktivlər: 232,877 milyon manat (illik müqayisədə 35,55 dəfə artım).
- Öhdəliklər: 66,597 milyon manat (34,15 dəfə artım).
- Balans kapitalı: 166,28 milyon manat (36,15 dəfə artım).
Xidmətin əsas fəaliyyət istiqamətləri:
Prezident İlham Əliyevin 21 iyul 2022-ci il tarixli fərmanı ilə yaradılan bu qurumun əsas vəzifələri:
- Əhalinin qayıdışı üçün çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili.
- Tikilən binaların idarə edilməsi.
- Ərazilərin abadlaşdırılması və yaşıllaşdırılması.
- Mənzil-kommunal təsərrüfatı sahəsində fəaliyyət.
Xidmətin nizamnamə kapitalı 1 milyon manatdır.