Türkiyə kubokunun qrup mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçular - Renat Dadaşov, Həsən Nəzərov (“Ankaragücü”) və Vüsal İsgəndərlinin (“Boluspor”) komandalarının da rəqibləri müəyyənləşib.

“Ankaragücü” “Trabzonspor”, “Alanyaspor”, “Rizəspor”, “Fatih Karagümrük” və “İskəndərunspor”la birgə A qrupunda yer alıb.

“Boluspor” isə C qrupunda “Qalatasaray”, “Başakşəhər”, “Konyaspor”, “Eyüpspor” və “Çorum”la bir qrupa düşüb.

Reqlamentə əsasən, 6 komandadan ibarət olan qruplarda hər klub 3 oyun keçirəcək. Nəzərovla Dadaşovun komandası “İskəndərunspor”, “Rizəspor” və “Alanyaspor”la qarşılaşacaq. İsgəndərlinin formasını geyindiyi “Boluspor” isə “Qalatasaray”, “Eyüpspor” və “Çorum”la üz-üzə gələcək.

A qrupu: “Trabzonspor”, “Alanyaspor”, “Rizəspor”, “Ankaragücü”, “Fatih Karagümrük”, “İskəndərunspor”.

B qrupu: “Fənərbaxça”, “Kasımpaşa”, “Qaziantep”, “Göztəpə”, “İstanbulspor”, “Ərzurumspor”.

C qrupu: “Qalatasaray”, “Başakşəhər”, “Konyaspor”, “Eyüpspor”, “Çorum”, “Boluspor”.

D qrupu: “Beşiktaş”, “Sivasspor”, “Antalyaspor”, “Bodrumspor”, “Kocaelispor”, “Kırklarelispor”.