"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasında daha bir itki ilə üzləşdiyini açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
53 yaşlı mütəxəssis futbolçusu Ruben Diaşın 3-4 həftəlik sıradan çıxdığını deyib: "Bu, əzələ problemidir. Diaş "Mançeseter Yunayted"lə matçda (1:2 - red.) 75 dəqiqə oynadı. Narahatçılıq hiss edirdi, amma meydanda qalmaq istəyirdi".
Qeyd edək ki, daha öncə "Mançester Siti"də Rodri, Oskar Bob, Con Stounz, Manuel Akanci və Natan Ake zədələnmişdi.