AZ

Fransa bir ayda Rusiyaya 400 milyon avroya yaxın pul verib

Avropa İttifaqı Rusiyanın enerjidaşıyıcılarından asılılığı azaltmaq səylərinə baxmayaraq, 2024-cü ildə bu ölkədən rekord həcmdə mayeləşdirilmiş təbii qaz (LNG) alıb.

Musavat.com xəbər verir ki, məlumatı Financial Times Kpler analitik şirkətinə istinadən yaybı.

Bildirilir ki, dekabrın ortalarına qədər Aİ Rusiyadan 16,5 milyon ton LNG idxal edib. Bu, idxalın həcminin 15,18 milyon ton təşkil etdiyi bütün ötən illə müqayisədə və 2022-ci illə müqayisədə (15,2 milyon ton) çoxdur.

Məqalədə spot bazarda Rusiya LNG-nin alınmasının artımına diqqət çəkilir. Bu növ müqavilə Rusiyadan Avropaya LNG satışının 33 faizini təmin edib. Müqayisə üçün: 2023-cü ildə belə əməliyyatların payı 23 faiz təşkil edib.

Eurostat məlumatlarına görə, Aİ oktyabr ayında Rusiyadan LNG-ni 2023-cü ilin noyabr ayından bu yana maksimum məbləğə, yəni 701,5 milyon avroya alıb. Bu məbləğin yarıdan çoxu Fransadandır. 2024-cü ilin yanvar-oktyabr aylarının nəticələrinə əsasən, Avropa İttifaqı Rusiyadan boru kəməri qazına görə 2023-cü ilin eyni dövründəki 6,9 milyard avroya qarşı 6 milyard avrodan çox, Rusiya LNG-si üçün isə 6,7 milyard avroya qarşı 5,7 milyard avro ödəyib.

Avropa İttifaqı 2022-ci ilin sonuna kimi Rusiya neft və qazından asılılığını üçdə iki azaltmaq və 2027-ci ilin sonuna qədər onu sıfıra endirmək niyyətində idi.

 

Musavat.com

Seçilən
25
50
musavat.com

10Mənbələr