AZ

Moldovada fermerlər Ukrayna ilə sərhədi bağlamaqla hədələyiblər

Moldovada fermerlər ölkə hakimiyyətinin taxıl idxalına qoyulan məhdudiyyəti uzatmadığına görə Ukrayna ilə sərhəddəki bütün keçid məntəqələrini bağlamaqla hədələyiblər.

Qaziler.az bildirir ki, bu barədə yerli “NewsMaker” nəşri (NM) “Fermerlərin Gücü” assosiasiyasının bəyanatına istinadən məlumat yayıb.

Taxıl və yağlı yağlı toxumların idxalına qoyulan məhdudiyyət dekabrın 31-də başa çatır. Uzatma qanun layihəsi yalnız dekabrın 18-də dərc edilib və ictimai məsləhətləşmələr yanvarın əvvəlinə qədər davam edə bilər. Belə ki, qanun yalnız yanvarın sonu və ya fevralın ortalarında qüvvəyə minə bilər, deyə təşkilat qeyd edib.

Fermerlər əlavə ediblər ki, onlar hökumətdən məhdudiyyətlərin uzadılmasını çoxdan xahiş ediblər, lakin hakimiyyət bu prosesi ləngidib, nəticədə yerli istehsalçılardan günəbaxanın qiyməti ucuzlaşmağa başlayıb. Assosiasiyanın nümayəndələri etiraz aksiyaları ilə bağlı qərarların qəbul oluna biləcəyi növbədənkənar iclas elan ediblər.

"Söhbət Ukrayna ilə sərhəddəki bütün keçid məntəqələrinin və dəmir yollarının bağlanmasından gedir", - deyə "Fermerlərin Gücü" vurğulayır.

Moldova Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Daniela Turkulet məhdudiyyətlərin ayın sonuna qədər uzadılacağını vəd edib. O vurğulayıb ki, hakimiyyətin vəzifəsi daxili bazarda sabitliyi qorumaqdır.

QAZİLER.AZ

phrase_var_article.chosen
11
qaziler.az

1phrase_var_article.sources